
Thermal Master Koreya
- Rəsmi distribyutor
- Səlahiyyətli servis

Haqqımızda
İstehsal etdiyimiz kuzovlarla yanaşı digər kuzovların da təmiri və bərpası işlərini professional şəkildə həyata keçiririk.

Biz kimik
Fibromet şirkəti 2004-cü ildə fəaliyyətə başlamışdır. İlk fəaliyyəti dövründə xaricdən dəvət olunmuş mütəxəssislərlə çalışmış, onların təcrübəsindən yararlanmışdır. Şirkətimizin məqsədi uzun tarixə malik digər xarici şirkətlər kimi keyfiyyətli mallar istehsal etmək, müştərinin istəklərini nəzərə almaq və onları maksimum dərəcədə razı salmaqdır. Dünya keyfiyyət sistemi standartlarına və hüquqi şərtlərə uyğun istehsal həyata keçirmək, müştərilərimizin istəklərini qanunvericilik çərçivəsində doğru təyin etmək və yüksək keyfiyyət şüuru ilə qarşılamaq bizim əsas prinsipimizdir.

Zəmanətli xidmət
Şirkətimiz istehsalın keyfiyyətini daha da yüksəltmək üçün daima yeni addımlar atır, təcrübələr aparır, müasir metodlardan istifadə edir. Hazırda Almaniya, Koreya, Rusiya kimi kuzov sahəsində ixtisaslaşmış ölkələrin təcrübəsindən yararlanaraq, standartlara uyğun olmayan yollara davamlı bütün növ kuzovları istehsal edir və onlara 2 illik zəmanət verir.

Keyfiyyət
Şirkətimizin istehsal etdiyi kuzovların istifadə müddəti 15 ilə yaxındır. Siz bizi seçməklə bir növ öz gələcəyinizə yatırım edirsiniz. Kuzovlarınız yeni aldığınız yük avtomobilləri ilə birlikdə köhnəlir və siz həmin dövrdə kuzov üçün əlavə məsrəf çəkmirsiniz. “Partnyorluq” bölməsinə daxil olaraq ölkədəki bir çox iri şirkətin bizi seçdiyini görə bilərsiniz.
Rəsmi nümayəndəlik
Soyuducu qurğuların və hidrobortların satışı, quraşdırılması və servisi. Zəmanəti özümüz veririk, ehtiyat hissələri anbarda saxlanılır.





Peşəkar mexaniklərdən və satış komandasından ibarət heyətimiz 22 ildən artıq kuzov istehsalı təcrübəsinə malikdir.
Yük avtomobilinizi hər dəfə FİBROMET-ə təhvil verəndə bilirsiniz ki, gözəl nəticədən başqa heç nə əldə etməyəcəksiniz.
Məqsədimiz cibinizdəki son pulu almaq yox, sizi qazanclı edəcək layihələri peşəkarlıqla təhvil verməkdir.